суббота, 3 ноября 2012 г.



NƏDİR SEVGİ.
Sevgi  əslində  müəyyən  müddətə qədər verilmiş, iki insandan biri tərəfdən hesablanmış müvəqqəti səadət dəryasıdır. Bu dərya hər gün baş alan məhəbbət axınları dayanarsa, sevgi bitər. Çünki, sevgi hər zaman  bir nöqtədə stabilləşən hiss deyildir. Onu hər gün, hər an qazanmaq lazımdır . Mən isə bu hissə inanmayacaq qədər böyüdüm. Sadəcə özünü aldatman gərəkir ki, bir damcı üzün gülsün. Sevgi müvəqqəti oyundur. Qadınlar yazır, kişilər oynayır. Yetər ki, oyunda epiloq qadına məxsus olsun. Çünki, kişi gedərkən ürəkdən. qadın gedərkən qapıdan gedir. Kişi gözləri ilə, qadın qulaqları ilə sevir. Kişi qadının ilki, qadın kişinin sonuncusu olmaq istəyir. Buradan aydın olur ki. Qadın ilə kişi eyni yaranmadıqları kimi, eyni də sevə bilməz. Sevgi yaşantıları ilə böyük bir günahdırsa, demək əks halda günah etməmək üçün sevgisiz yaşamalıyıq. Sevmədən yaşamaq isə heç bir canlıya ruh yüksəkliyi vermir. Çünki, hisslərdən yorulmuş insana bəşəriyyətin toplumunu da sevgidən istehsal etdi. Sevgi yaşamaq və yaşatmaq səbəbidir. Məhəbbət gözəl hiss, sevgi yaşamağın əsas qidasıdır. Amma çox təəssüf ki, məhz azərbaycanlı kişilərinin böyük əksəriyyəti  sevməyi bacarmırlar. Çünki, bu hissi onlara öyrədən, mənimsədən məqsədə uyğun mühit və subyektlər yoxdur. Hətta olsa belə, onlar bu hissin aliliyinə qadir deyillər. Bu sadəcə yeriməyi bilən insana cəmiyyət içərisində etiket normativlərinə uyğun addımlamağı öyrətmək qədər çətindir. Odur ki, bu ölkədə yalnız valideyn maaşına baxan, tərtib edilən ev-ailə qanunlarına sorğu-sualsız uyan, sərbəst fikri olmadığını utanmaq yerinə, fəxrlə sğyləyən evcil oğlancığazlar mövcuddur. Əllərində bayraq etdikləri mentalitet kosmetikasıdır ki, ona yalnız səhnə önündə əməl edirlər. Amma qəlblərinə işıq sala biləcək imkana malik olsaq, onlara sadəcə yazığımız gələr. Çünki, bu aciz gənclər ömürlərinin sonuna kimi valideyn istismarı, adətlər müqəddiməsinə görə susmağa və arxa pərdədə xəyallar qurmağa məhkumdurlar. Məhz bu səbəbdən romantic filimlərə baxmağı, sevdiyinə yetməyi, müstəqil fikir yürütməyi, hətta sevdikləri varlığa evlilik təklifində bulunmağı şifrələnmiş qadağa kimi batil etməyə məcburdurlar. Sanki, kobudluq, hissiyatsızlıq, səriştəsizlik, sözünün kəsəri olmamaq kişilikmiş kimi, mənəvi boşluqlarda yaşasınlar. Tənhalıq yalnız kişi və qadın münasibətlərinin fəlakəti deyil. Daha dəqiq insane ruhunda kimsəsizləşir, hisslərində kasıblayır. Bir yağmurlu səhərdə insan itirdiyi mənəvi boşluğu ruhunun dərinliyində hiss etdikdə, olmuşlara bais adətlər, cəmiyyət və valideynləri imdadına yetişəcək gücdə olmayacaqdır. Təbiətə və sındırılmış insane ömrünə yağan yağış fərqlidir. Yağmur …. Payız yağmurun əlverişli məqamı, insan isə yağmurun poetik mövcudluğunun romantik əsiridir. Yağış yağarkən hətta ömrünün heç bir səmtinin romantik aləmə yönəltməmiş insan da sentimental hisslərə könüllü təslim olur. Həsrətlə ətrafa boylanaraq, boşuna ömür xərclədiyini düşünür. Etiraf etməsə də, sevib, sevilməyə amansız ehtiyac duyur. Barmaqlarını pəncərə şüşəsinin tərləmiş səmtində gəzdirir. Məhz həmən an təsirinə düşdüyü, yalnız öz daxili aləminə aid cizgilər çəkir. Cizginin hər sonluğundan damcılanaraq axan su damlaları aşağı yönəlir. Sanki insanı onun həssaslığını izləməyə vadar edir. Nostalji duyğular səni səndən alır və sonsuzluğa , amma şirin düşüncələrə aparır. Düşünürsən nədən bu qədər qısa və ya heç yaşamadım hisslərimə dost duyğuları? Nədən vüsal həsrətin ehtimalıdır? Nədən arzular insan varlığından çox cəsarətinə arxayındır? Suallar bir-birini növbəsiz əvəzlədikcə zaman hesabını itirir. Bu vaxt zamanın deyil, ruhunun hökmünə varırsan. Bundan həzz alacaq qədər xoşbəxtsən. Hökmünün icrasına gecikdiyin hisslərin səni gəldiyin yaşına da bağışlamayacaqdır. Hər zamanın və yaşın baharını yaşa ki, yağmuruna zamansız yaxalanmayasan. Sevgi üçün orta bir vəziyyət yoxdur. O ya xilas edir, ya da məhv edir.Dünyada oynanılan ən böyük qumar sevgidir. Çünki, bütün varlığını, canını, ürəyini hər şeyini bu oyunda oynayırsan. Ya qazanırsan, ya da uduzursan.







1 комментарий:

  1. Çox maraqlı mövzudur. Lakin müəllifə haradasa yazığım gəlir. Çəkdiyi əziyyətə yazığım gəlir. Mövzu azəricə olduğu üçün azəri dillilər üçün nəzərdə tutulub. Azərbaycanlılar isə bu cür məsələləri anlamaq iqtidarında deyil. Hər halda müəllifə afərin. Çox sağolun.

    ОтветитьУдалить