понедельник, 5 ноября 2012 г.


14 FEVRAL AZƏRBAYCANSAYAĞI SEVGİLİLƏR GÜNÜ.
Müqəddəs Valentin günüdür. Bizim dillə desək, sevgililər günü. Adamın yadına nələr düşür, Ilahi…Xatirə dəftərləri, şam işığı, Vüsal Əliyevin mahnıları, boynunun quluncunu sındıran yekəpər gədələr, ucuz ətirlər qoxusu verən sevgi şerləri, ayran, dönər, hırıldaşma, qəfildən yaxınlıqda gəlib dayanan polis maşını, bir sözle, əsl azərbaycan haqq-hesabı. Təbii, ayriılmış sevgililər (əsas etibarilə də qızlar) “bir salama dəymədi” şerini də göz yaşları içərisində hecalayırlar. Belə günlərin sonunda sevgilinin əlində gül gəlib qapının zəngini çalmasıyla bitən kliplərin bazarı yaxşı olur. “Azərbaycan” və “sevgi” sözləri dialektik baxımdan bir birlərinə əksdir. “Azərbaycan sevgililəri” ifadəsini işlədəndə adamın əti tökülür- azərbaycan hara, sevgi hara, sevgili hara?. “Azərbaycan sevgililəri” demək – “Rusiyanın ekvatorial meşələri” demək qədər mənasəz və düşük  söhbətdir. Hər halda, azərbaycanlıların adına sevgi dedikləri mövcudluq  nədir  və o necə yaranır? Axşamlar divanda oturub atasının əmrlərinə müntəzir qız klipə baxarkən ürəyindən qəribə hisslər keçməyə başlayır. Gecə narahat yatır, səhərə yaxın yuxusunda qəşəng bir oğlanla sevgili olur.Demək artıqdır ki, bizim qızların yuxuda gördükləri oğlan Namiq Qaraçuxurluya çox bənzəyir. Belə qızlar nə qədər düşük olsalar da, reallıq hissini itirmirlər. Bu dabanıçatlaq qızlar yaxşı bilirlər ki, Namiq söhbəti xəyaldır. Ona görə də telefona gələn ilk zəng nəticəsində sevgi yaranır. Mesajdan sevgi törəyər—azrəbaycanlıların əl deyimlərindən biri belədir. Azerbaycan dilində buna sevgi deyirlər. Digər tərəfdən, xalqımızın kövrək sevgi-məhəbbət məsələləri haqda düşündüyüm bu dəqiqələrdə ağlıma maraqlı bir fikir gəlir. Fikir vermisinizsə, ölkəmizdə rəsmi dövlət idarələrinin, universitetlərin, məktəblərin əsas qapısı bağlı olur. Ancaq bayramlarda, rəsmi tədbirlərdə, seçkilərdə zurna-qaval sədaları altında əsas qapını açırlar. Azərbaycanda ən cəsarətli sevgililər də bu üsuldan ustalıqla istifadə edirlər. Toy gecəsi güllə atmaqla, qurban kəsməklə, nəzir-niyazla ön qapı açılır və geniş xalq kütlələrinin tamaşaya dəvət edilir. Sevgisi də tərsinə başlanan bir ölkədə sevgidən danışmaq mənasız söhbətdir. 14 fevral azərbaycan tez-tələsik qarın bağlamış kişiləri və qiybətə meyilli ,,səviyəli’’ arvadları üçün qida rasionunda dəyişiklik günüdür—küçədə dönər gəmirmək əvəzinə kafedə lahmacun tıxacaqlar. 14 fevral azərbaycanda ancaq iki sənət sahibləri üçün bayramdır___polislər və gülsatanlar üçün. 14 fevral düşük hədiyyələr - güldanlar, bəzəkli mücrülər, disk qabları, ucuz dəmir-dümürün daha çox satıldğı gündür. Opüşməyin qanunla qadağan edildiyi ölkədə sevgililər günü keçirmək ancaq bizim ölkədə mümkündür.  ANS-sin « qonaqlIq » verilişində saz çalan çatmaqaş, nökərsifət gədələrin, üzündən qoyun xoşbəxtliyi yağan qızların sevgililər günü keçirməsi xristian dünyasına qarşı təhqirdir. Azərbacanda sevgi yoxdur. Azərbaycanda sevgi adi altında oğlanın qıza münasibəti iki cür ola bilər—istədiyi qız və fırlandığı qız. Fırlanılan qızın hədiyyəsi bir az ucuz olur. Bəzəkli mücrüdən, disk qabından zaddan verirsən, qurtarıb gedir. Fırlanılan qızda əsas məqsəd həmin qızın saqqızını oğurlamaqdır. Proses telefonla çəkilib blutuzla yayılarsa, bu ümumiyyətlə, oğlanın artıq əsl kişi olduğunun, cahandar ağa ənənələrini ləyaqətlə davam etdirdiyinin əyani göstərici sayıla bilər. Istədiyin qızın hədiyyəsi bahalı , ,,ləyaqəti’’ isə bağli olmalıdır. Qeyrətli gədələr məhz bu doğma, senedleshdirilmish ,,leyaqet’’in etibarli shekilde saxlanilmasina nezaret edir, hediyyeni ise imkan daxilində bahalı verirlər. Azəərbaycanlıların sevgi-məhəbbət anlayışı bu qədər saxta və eyni zamanda primitivdir.Bulvarda azərbaycan sevgililərini görsə, Valentinin goru çatlayardı…


воскресенье, 4 ноября 2012 г.


ZAMANIN İÇİNDƏN  DÜNYANIN ANLAYIŞI.  
Dünya bir boşluqdadır, biz isə bu boşluqda boş yaşayan insanlarıq. Dünya fanidir, biz isə əbədi xəyallar quran acizlərik. Dünya kəmiyyətsizdir, biz isə Allahın əmanət verdiyi bədənimizi dahil satmağı bacaran insanlarıq. Dünya gözəlliklərlə quruldu, biz isə, hər gözəllikdə xərabələr icra edən insanlarıq. Dünya nemətlərin əkildiyi məkandır, biz isə nemətlərə haram qataraq varlanan insanlarıq. Dünya məqsədsizdir, biz isə bir bardaq suyu təmənnasız verməyi bacarmayan insanlarıq. Dünya nazəninlərlə doludur, biz isə onları yalnız anamız, bacımız olursa, namus sayan insanlarıq. Dünya yaşamaq deyilən geniş məntiqdir, biz isə məntiqi şüuraltı istəklərimizdə axtaran insanlarıq. Susun, diqqətlə ətrafdakıları deyil, ətrafı dinləyin. Ürək ritmlərini, yarpaqların xışıltısını, gecənin hənirtili həzin sədasını, sükuta hakim kəsilmiş varlığınızın yaşamaq üçün məhz tənhalığınızdan asılı olan çağırışını eşidəcəksiniz. Zamanla havalandığınızı düşünəcəksiniz. Hətta, hürkəcəksiniz. Amma düşünün, həyata gələrkən və həyatdan gedərkən də bu tənha səssizliydə bulunuruq. Axı, insanlar dünyaya sonrakı ömür yollarında kəşf etdikləri subyektlərlə cüt gəlmirlər. Onları zamanla, imkan daxilində, zərurətlər əsasında tapırıq. Demək, biz hisslər toplumundan ibarət insanlar həmişə olduğu kimi buna da, mənəvi don geyindirib, həyatımıza təqdim edirik. Bilərək əvvəl özümüzü, sonra isə ətrafımızdakıları aldadırıq. Bu yalançı ssenaridən cüzi kənara çıxdıqda üzülür, göz yaşı tökürük, qorxuruq. Çünki, yazdığımız və oynadığımız yalanlarla, aldanışlarla qismən xoşbəxtik. Reallıq isə təxəyyülümüzün məhsuluna çevrilir ki, onu qaranlıqda gizlədirik. O reallıq ki, həmişə insanları qorxudur, narahat edir. Reallıq ağlı-qaralı sadəlikdir. Lakin, biz yazılmamış qanunlardan çıxış edərək, anlaşılmaz rəngarəngliyi oyuna daxil edirik. Qeyri-normal görünən bu yaşam tərzi bilərəkdən, şüurlu törədilən cinayət kimi dəhşətli və qəribədir. Məhz bu səbəbdən ömrümüzün sonuna kimi hisslərimizə və mənliyimizə borclu qalırıq. “Həyatdır, hər nə olur.”-deyib, kifayətlənirik. Habuki, dünya o qədər boş və fanidir ki, gözlərimizi qapadaraq, düşündükdə belə bunu hiss etmək çətin deyil. Amma yenidən balaca gözlərimizin çərçivəsindən dünyaya baxdıqda, onu böyük və sonsuz görürük. Hərçəndi, bu gözlər həmişə doğru görüləni deyil, görmək istədiyini görür. Ömrümüz boyu ideallaşdırdığımız insanları, əşyaları, həyatları da belə şişirdilmiş görürük və həqiqətə borclu qalırıq.






суббота, 3 ноября 2012 г.


RUS   QADINLARI SEKSLƏ MƏHƏBBƏTİ QARIŞDIRMIRLAR.

Yaxşı bir məsəl var; Yaxşı yaşayıb, pis ölmək istəyirsənsə, rus qadınla evlən. Pis yaşayıb, yaxşı ölmək istəyirsənsə, müsəlman qadını ilə evlən. Əslində bu həm doğru, həm də yanlış fikirdir. Doğrudur o səbəbdən ki, müsəlman qadını övlad dünyaya gətirdikdən sonra fizioloji təlabatlar haqqında kitabı tamamən bağlayır. Çünki, düşünür ki, mənəviyyatın dolğun yolu övladlarına yaxşı ana , ərinə mükəmməl ev qadını olmaqdadır. Amma o unudur ki, məhz bu pozisiyadan yanaşdıqda heyvani hissleərə malik kişi onu evinin xanımı deyil, məhz qulluqçusu kimi görür. Belə olan təqdirdə hətta xarici filimlərdə rastladığımız yarıçılpaq qulluqçular qədər vizual ehtiras yaratmır kişilərdə. Axı o fahişə deyil, anadır, məşuqe deyil, ərinin qadınıdır. Yanlışdır o səbəbdən ki, rus qadınları məhz 25 yaşa qədər yaraşıqlı görünüşə malik olurlar. Sonrakı tənəzzül bərbaddır. Hələ yaşlandıqda simalarına baxmaq üçün üzərində qorxu duası gəzdirməlisən. Tipik vəhşi alman itlərini xatırladırlar. Hələ bunun üzərinə azad yaşayış adlandıraraq, pərakəndə həyat və spirtli içkini, siqareti, narkotik məhsulları da əlavə etsək apar tulla. Amma müsəlman qadını yaşlandıqca daha da nurani və gözəl sima alır. Dünya tendensiyasında məhz şərq qadınları zərafəti və cazibədarlığı, ilahi sirrli gözəlliyi ilə xüsusidir, təkrarsızdır. Indi açıqlayaq niyə bu təzadlar mövcuddur. Müsəlman qızını ilk gündən evdarlığa, ailə mötivinin simvolik varisliyinə, məişət qayğılarının mənimsədilməsinə öyrədirlər. Yazıq uşaq gözünü açmamış dünyanı barmaqarası görən valideyn onu fikrinin əksinə olaraq ərə verir. Bu ifadənin özündə belə istismarçı mövqey durur. Ərə verilmək. Yeni müqavilə əsasında mədəni alış-veriş. Məhz bu təcrübəsizlik, həyati savadsızlıq evləndiyi ailə üçün onu əlverişli məişət yeminə çevirir. Oğlan atasından gördüyünü, qız da anasından öyrəndklərini başlayır sözdə ailə balansında tətbiq etməyə. Eyni zamanda, əgər qız həyati təcrübə görürsə, demək o ümummilli pozğundur. Bu məsələ üçün hətta məhəllənin boynu yoğun gədələri və pəncərədən boylanıb siçan-pişik oynayan qızları piketə çıxa bilərlər. Ölkədə inqilab , dövlət çevrilişi olar. Anasından öyrəndiyi üzrə də qız sadə və klassik toy, məişət həyatı, intim məcburiyyəti və sonda mütləq olması gərəkən doğmaqla estafeti başa vurur. İndi baxırıq oğlanın nöqteyi nəzərinə ki, kişi deməyə dilimiz gəlmir. Axı bu ölkədə oğlanlar heç vaxt böyümürlər, valideyn himayəsindən çıxmırlar, azad fikir söyləmirlər. Onun intim marağı isə daxilində əlçatmaz məqsəd olaraq tüğyan edir. Atasından gördüyü kimi, evdə onun üçün ayrılan ev qızı ilə üzüyola, sadə, klassik dədə-babavari həyat sürərək gözlərdən pərdə asır. Pərdə arxasında isə, üz tutur dost -tanış yanına ki,; “mənə bir qız düzəldin. Elə edin rus olsun”. Axı onun da öyrənməyə, ,,polnıy kayf,, almağa haqqı var. Halbuki, hələ bu gədə Biləcəridən kənarı görməmiş, dünya ədəbiyyatı olaraq, uşaq dünya ədebiyyatı sferasından uzağı mütaliə etməmiş, hətta rus dilində danışmaq üçün səy belə göstərməmişdir. Amma problem deyil. Vəhşi türklər demişkən; dilimiz deyil, bədən dilimiz konuşsun”. Rus qızı da öz növbəsində bu tipdə gədələri bədən deyil, əliaçıqlığına görə çox beyənir. Axı onun da anasından, anasının anasından öyrəndiyi ilk iş ,,nayti sebe mujçinu,, olub. Rus qızları bu gədələrdən fərqli olaraq, sekslə məşqul olmağı, məhəbbətlə məşqul olmaqla qarışdırmırlar.Deməli, rus qızları üçün Məmməd, Əhməd, və sairə laborator təcrübə siçanıdır ki, nəticəsi gərəksizdir. Hesablasaq hesab eyni alınar. Çünki, hər iki subyekt məhz ruhun deyil, bədenin zövqü, istirahəti üçün buradadırlar. Fərq oğlanın evə qayıtdıqda, qarşısında kəniz kimi çalışan arvadına göstərdiyi kafi münasibətdə özünü göstərir. Oğlan evdəki xanımı istəsə də rusun halına sala bilməz, eyni zamanda da rusu ev qadınına çevirə bilməz. Yenə atasından öyrəndiyi üzrə ixtiyarını əldən verərək , iki yolun yolçusuna dönür. Aldığımız nəticə belədir;  Rus qızları müvəqqəti yataq məmulatı olaraq , yalnız bu timsalda tüstülənən kişilərin təcili yardımıdır. Yenisini tapanadək, hissləri deyil, bədəninin tələbatı doyana qədər, qarşı tərəfin sponsorluğu bitənə qədər və alman itinə bənzəyənə qədər aktualdır. Amma şərq qadını yollar ayrıcında qaloşa dönən fahişə ərinən və birdəfəlik istifadə üçün nəzərdə tutulmuş rus qızından fərqli olaraq, müəyyən hisslərə malikdir. Buna qadınlıq şərəfi və qururu deyilir. Halbuki, geyinib-keçinsə, rus matruşkasını füsünkarlığı ilə kölgədə qoyar. Amma, evli gədəyə çayçıda, məhəllədə, məclislərdə söz gəlməsin deyə, onu da çevirirlər məişət kombaynına. Bunu da qeyd edim ki, qızlardan məsumluq, oğlanlardan isə təcrübə tələb olunur bu ölkədə. Qız əlində fal açıb boynu yoğun gədəni gözləməlidir hətta yetmiş il civarında. Amma gədə min qadının da intim otağına təşrif buyursa, mötəbər kişilik sayılır. Mən isə sizə bunu bildirim ki, ağıllı müqayisə və hesab üçün bu yaşam tərzində sürünən oğlan əxlaqsızın yekəsidir. Əgər məsumluq etalondursa, hər iki fərd üçün keçərlidir. Adını, kimliyini bilmədən, hisslərdən ibarət deyil, fizioloji tələblərdən, maddi alış-verişdən qaynaqlanan və hər gün dəyişən qadından faydalanan kişi məhz əxlaqsızdır.