суббота, 3 ноября 2012 г.


22   YAŞLI  UŞAQ  KİŞİLƏR.

,,ÖLÜLƏR'' əsərini yazan unudulmaz naşir Cəlilin bütün həqiqətləri xalqın simasına yansıtması, məhz indi olduğu kimi, o zaman da səhvlərin düzəldilməsinə deyil, naşirin tənqid ateşinə tutulmasına səbəb olurdu. Məhz bu baxımdan hələ də Naxçıvanda naşirin heykəlinin qoyulmasına cəmiyyət tərəfindən imkan verilməmişdir. Çünki, öz əməllərini naşirin əsərlərində güzgü kimi görən millət cəhalət kirdabından qurtulmaq istəmir. Bir vacib halı da nəzərinizə çatdırım. Xüsusən telefonla yazışmaq, görüşmək, atılıb düşmək üçün özünü böyük sayıb, ciddi məsələlərdə uşaq olduğunu sayan və gözlərimiz önünə sərgiləyən oğlancığazlar sizədir bu sözüm. Məhz naşirin bu əsərində xüsusi bir obraz ,,kefli isgəndər'' dir. Isgəndər o zamanın Qori seminariyasında təhsil almış, sivil bir gəncdir. Isgəndərin 22 yaşı var əsərin zamanında. Amma o özünü uşaq saymağı heç ağlına da gətirmir. Çünki Isgəndər millətinin cəhalət içrə rüsvayçılını görür və təhsil aldığı qədər də mühakimə edəcək guce sahibdir. Indi siz saxlayin yaddashinizda menim fikrimi; ushaq bələkdə olur. Öz ehtiyaclarını təmin edən, özünə sahib olan oğlan özünü uşaq saya bilməz. Oğlanın bu yaşda və təcrəbəli qadın qarşısında uşaq olduğunu etiraf etməsi sözün əsl mənasında onun yazıq, aciz bir insan olduğunun sübutudur. Bu dəhşətli utanmazlıqdır. Oğlana heç bir zaman böyüməmək statusunu da valideynlerin idarəçilik və himayədarlıq tədqiqatı verir. Icazənizlə anladıram nədir bu laborator tədqiqatın mahiyyəti. Bizdə evlilik iki üsulla həyata keçirilir; bitkisəl və heyvansal, tozlanma və mayalandırma. Bəli, çətin də olsa, həqiqət üzümüzə bu anlamda qışqırır, onu susdurmaq olmaz. Sonra birləşdirilmiş toxumlardan yeni hüceyrə əldə edirlər;- övlad. Tədqiqat valideynlər , qohumlar və həkimlər idarəçiliyində cərəyan edir. Indi diqqətlə düşünün ; nədən indi doğulan uşaqlarda adi insani instiktlər yoxdur? Çünki, sxematik olaraq məcburən, müdaxilə yolu ilə , anoloji olaraq alınan nəticə , yeni, övlad məhəbbətdən, sevgidən deyil müəyyən inzibati üsulların nəəticəsindən əldə edilmişdir. Inkubator cucəsindən fərqimiz bizim valideynlərimizin saxlandığımız həyat deyilən qutuda başımız üzərində olmasıdır. Budur azərbaycansayağı evlilik və artım üsulları. Budur oğlanların hətta otuz yaşda özlərini uşaq saymalarının acizanə fəxr hissinin səbəbi. Təəssüf……..






Комментариев нет:

Отправить комментарий