RUS
QADINLARI SEKSLƏ MƏHƏBBƏTİ QARIŞDIRMIRLAR.
Yaxşı bir
məsəl var; Yaxşı yaşayıb, pis ölmək istəyirsənsə, rus qadınla evlən. Pis
yaşayıb, yaxşı ölmək istəyirsənsə, müsəlman qadını ilə evlən. Əslində bu həm
doğru, həm də yanlış fikirdir. Doğrudur o səbəbdən ki, müsəlman qadını övlad
dünyaya gətirdikdən sonra fizioloji təlabatlar haqqında kitabı tamamən
bağlayır. Çünki, düşünür ki, mənəviyyatın dolğun yolu övladlarına yaxşı ana , ərinə
mükəmməl ev qadını olmaqdadır. Amma o unudur ki, məhz bu pozisiyadan yanaşdıqda
heyvani hissleərə malik kişi onu evinin xanımı deyil, məhz qulluqçusu kimi
görür. Belə olan təqdirdə hətta xarici filimlərdə rastladığımız yarıçılpaq
qulluqçular qədər vizual ehtiras yaratmır kişilərdə. Axı o fahişə deyil,
anadır, məşuqe deyil, ərinin qadınıdır. Yanlışdır o səbəbdən ki, rus qadınları
məhz 25 yaşa qədər yaraşıqlı görünüşə malik olurlar. Sonrakı tənəzzül
bərbaddır. Hələ yaşlandıqda simalarına baxmaq üçün üzərində qorxu duası gəzdirməlisən.
Tipik vəhşi alman itlərini xatırladırlar. Hələ bunun üzərinə azad yaşayış
adlandıraraq, pərakəndə həyat və spirtli içkini, siqareti, narkotik məhsulları
da əlavə etsək apar tulla. Amma müsəlman qadını yaşlandıqca daha da nurani və
gözəl sima alır. Dünya tendensiyasında məhz şərq qadınları zərafəti və cazibədarlığı,
ilahi sirrli gözəlliyi ilə xüsusidir, təkrarsızdır. Indi açıqlayaq niyə bu təzadlar
mövcuddur. Müsəlman qızını ilk gündən evdarlığa, ailə mötivinin simvolik
varisliyinə, məişət qayğılarının mənimsədilməsinə öyrədirlər. Yazıq uşaq gözünü
açmamış dünyanı barmaqarası görən valideyn onu fikrinin əksinə olaraq ərə
verir. Bu ifadənin özündə belə istismarçı mövqey durur. Ərə verilmək. Yeni
müqavilə əsasında mədəni alış-veriş. Məhz bu təcrübəsizlik, həyati savadsızlıq
evləndiyi ailə üçün onu əlverişli məişət yeminə çevirir. Oğlan atasından
gördüyünü, qız da anasından öyrəndklərini başlayır sözdə ailə balansında tətbiq
etməyə. Eyni zamanda, əgər qız həyati təcrübə görürsə, demək o ümummilli
pozğundur. Bu məsələ üçün hətta məhəllənin boynu yoğun gədələri və pəncərədən
boylanıb siçan-pişik oynayan qızları piketə çıxa bilərlər. Ölkədə inqilab ,
dövlət çevrilişi olar. Anasından öyrəndiyi üzrə də qız sadə və klassik toy, məişət
həyatı, intim məcburiyyəti və sonda mütləq olması gərəkən doğmaqla estafeti
başa vurur. İndi baxırıq oğlanın nöqteyi nəzərinə ki, kişi deməyə dilimiz gəlmir.
Axı bu ölkədə oğlanlar heç vaxt böyümürlər, valideyn himayəsindən çıxmırlar,
azad fikir söyləmirlər. Onun intim marağı isə daxilində əlçatmaz məqsəd olaraq
tüğyan edir. Atasından gördüyü kimi, evdə onun üçün ayrılan ev qızı ilə
üzüyola, sadə, klassik dədə-babavari həyat sürərək gözlərdən pərdə asır. Pərdə
arxasında isə, üz tutur dost -tanış yanına ki,; “mənə bir qız düzəldin. Elə
edin rus olsun”. Axı onun da öyrənməyə, ,,polnıy kayf,, almağa haqqı var.
Halbuki, hələ bu gədə Biləcəridən kənarı görməmiş, dünya ədəbiyyatı olaraq,
uşaq dünya ədebiyyatı sferasından uzağı mütaliə etməmiş, hətta rus dilində
danışmaq üçün səy belə göstərməmişdir. Amma problem deyil. Vəhşi türklər demişkən; “dilimiz
deyil, bədən dilimiz konuşsun”. Rus qızı da öz növbəsində bu tipdə gədələri bədən
deyil, əliaçıqlığına görə çox beyənir. Axı onun da anasından, anasının
anasından öyrəndiyi ilk iş ,,nayti sebe mujçinu,, olub. Rus qızları bu gədələrdən
fərqli olaraq, sekslə məşqul olmağı, məhəbbətlə məşqul olmaqla
qarışdırmırlar.Deməli, rus qızları üçün Məmməd, Əhməd, və sairə laborator təcrübə
siçanıdır ki, nəticəsi gərəksizdir. Hesablasaq hesab eyni alınar. Çünki, hər
iki subyekt məhz ruhun deyil, bədenin zövqü, istirahəti üçün buradadırlar. Fərq
oğlanın evə qayıtdıqda, qarşısında kəniz kimi çalışan arvadına göstərdiyi kafi
münasibətdə özünü göstərir. Oğlan evdəki xanımı istəsə də rusun halına sala
bilməz, eyni zamanda da rusu ev qadınına çevirə bilməz. Yenə atasından öyrəndiyi
üzrə ixtiyarını əldən verərək , iki yolun yolçusuna dönür. Aldığımız nəticə belədir; Rus qızları müvəqqəti yataq məmulatı olaraq ,
yalnız bu timsalda tüstülənən kişilərin təcili yardımıdır. Yenisini tapanadək,
hissləri deyil, bədəninin tələbatı doyana qədər, qarşı tərəfin sponsorluğu bitənə
qədər və alman itinə bənzəyənə qədər aktualdır. Amma şərq qadını yollar
ayrıcında qaloşa dönən fahişə ərinən və birdəfəlik istifadə üçün nəzərdə
tutulmuş rus qızından fərqli olaraq, müəyyən hisslərə malikdir. Buna qadınlıq şərəfi
və qururu deyilir. Halbuki, geyinib-keçinsə, rus matruşkasını füsünkarlığı ilə
kölgədə qoyar. Amma, evli gədəyə çayçıda, məhəllədə, məclislərdə söz gəlməsin
deyə, onu da çevirirlər məişət kombaynına. Bunu da qeyd edim ki, qızlardan məsumluq,
oğlanlardan isə təcrübə tələb olunur bu ölkədə. Qız əlində fal açıb boynu yoğun
gədəni gözləməlidir hətta yetmiş il civarında. Amma gədə min qadının da intim
otağına təşrif buyursa, mötəbər kişilik sayılır. Mən isə sizə bunu bildirim ki,
ağıllı müqayisə və hesab üçün bu yaşam tərzində sürünən oğlan əxlaqsızın yekəsidir.
Əgər məsumluq etalondursa, hər iki fərd üçün keçərlidir. Adını, kimliyini bilmədən,
hisslərdən ibarət deyil, fizioloji tələblərdən, maddi alış-verişdən qaynaqlanan
və hər gün dəyişən qadından faydalanan kişi məhz əxlaqsızdır.