понедельник, 5 ноября 2012 г.


14 FEVRAL AZƏRBAYCANSAYAĞI SEVGİLİLƏR GÜNÜ.
Müqəddəs Valentin günüdür. Bizim dillə desək, sevgililər günü. Adamın yadına nələr düşür, Ilahi…Xatirə dəftərləri, şam işığı, Vüsal Əliyevin mahnıları, boynunun quluncunu sındıran yekəpər gədələr, ucuz ətirlər qoxusu verən sevgi şerləri, ayran, dönər, hırıldaşma, qəfildən yaxınlıqda gəlib dayanan polis maşını, bir sözle, əsl azərbaycan haqq-hesabı. Təbii, ayriılmış sevgililər (əsas etibarilə də qızlar) “bir salama dəymədi” şerini də göz yaşları içərisində hecalayırlar. Belə günlərin sonunda sevgilinin əlində gül gəlib qapının zəngini çalmasıyla bitən kliplərin bazarı yaxşı olur. “Azərbaycan” və “sevgi” sözləri dialektik baxımdan bir birlərinə əksdir. “Azərbaycan sevgililəri” ifadəsini işlədəndə adamın əti tökülür- azərbaycan hara, sevgi hara, sevgili hara?. “Azərbaycan sevgililəri” demək – “Rusiyanın ekvatorial meşələri” demək qədər mənasəz və düşük  söhbətdir. Hər halda, azərbaycanlıların adına sevgi dedikləri mövcudluq  nədir  və o necə yaranır? Axşamlar divanda oturub atasının əmrlərinə müntəzir qız klipə baxarkən ürəyindən qəribə hisslər keçməyə başlayır. Gecə narahat yatır, səhərə yaxın yuxusunda qəşəng bir oğlanla sevgili olur.Demək artıqdır ki, bizim qızların yuxuda gördükləri oğlan Namiq Qaraçuxurluya çox bənzəyir. Belə qızlar nə qədər düşük olsalar da, reallıq hissini itirmirlər. Bu dabanıçatlaq qızlar yaxşı bilirlər ki, Namiq söhbəti xəyaldır. Ona görə də telefona gələn ilk zəng nəticəsində sevgi yaranır. Mesajdan sevgi törəyər—azrəbaycanlıların əl deyimlərindən biri belədir. Azerbaycan dilində buna sevgi deyirlər. Digər tərəfdən, xalqımızın kövrək sevgi-məhəbbət məsələləri haqda düşündüyüm bu dəqiqələrdə ağlıma maraqlı bir fikir gəlir. Fikir vermisinizsə, ölkəmizdə rəsmi dövlət idarələrinin, universitetlərin, məktəblərin əsas qapısı bağlı olur. Ancaq bayramlarda, rəsmi tədbirlərdə, seçkilərdə zurna-qaval sədaları altında əsas qapını açırlar. Azərbaycanda ən cəsarətli sevgililər də bu üsuldan ustalıqla istifadə edirlər. Toy gecəsi güllə atmaqla, qurban kəsməklə, nəzir-niyazla ön qapı açılır və geniş xalq kütlələrinin tamaşaya dəvət edilir. Sevgisi də tərsinə başlanan bir ölkədə sevgidən danışmaq mənasız söhbətdir. 14 fevral azərbaycan tez-tələsik qarın bağlamış kişiləri və qiybətə meyilli ,,səviyəli’’ arvadları üçün qida rasionunda dəyişiklik günüdür—küçədə dönər gəmirmək əvəzinə kafedə lahmacun tıxacaqlar. 14 fevral azərbaycanda ancaq iki sənət sahibləri üçün bayramdır___polislər və gülsatanlar üçün. 14 fevral düşük hədiyyələr - güldanlar, bəzəkli mücrülər, disk qabları, ucuz dəmir-dümürün daha çox satıldğı gündür. Opüşməyin qanunla qadağan edildiyi ölkədə sevgililər günü keçirmək ancaq bizim ölkədə mümkündür.  ANS-sin « qonaqlIq » verilişində saz çalan çatmaqaş, nökərsifət gədələrin, üzündən qoyun xoşbəxtliyi yağan qızların sevgililər günü keçirməsi xristian dünyasına qarşı təhqirdir. Azərbacanda sevgi yoxdur. Azərbaycanda sevgi adi altında oğlanın qıza münasibəti iki cür ola bilər—istədiyi qız və fırlandığı qız. Fırlanılan qızın hədiyyəsi bir az ucuz olur. Bəzəkli mücrüdən, disk qabından zaddan verirsən, qurtarıb gedir. Fırlanılan qızda əsas məqsəd həmin qızın saqqızını oğurlamaqdır. Proses telefonla çəkilib blutuzla yayılarsa, bu ümumiyyətlə, oğlanın artıq əsl kişi olduğunun, cahandar ağa ənənələrini ləyaqətlə davam etdirdiyinin əyani göstərici sayıla bilər. Istədiyin qızın hədiyyəsi bahalı , ,,ləyaqəti’’ isə bağli olmalıdır. Qeyrətli gədələr məhz bu doğma, senedleshdirilmish ,,leyaqet’’in etibarli shekilde saxlanilmasina nezaret edir, hediyyeni ise imkan daxilində bahalı verirlər. Azəərbaycanlıların sevgi-məhəbbət anlayışı bu qədər saxta və eyni zamanda primitivdir.Bulvarda azərbaycan sevgililərini görsə, Valentinin goru çatlayardı…