NƏDİR SEVGİ.
Sevgi əslində müəyyən
müddətə qədər verilmiş, iki insandan biri tərəfdən hesablanmış müvəqqəti
səadət dəryasıdır. Bu dərya hər gün baş alan məhəbbət axınları dayanarsa, sevgi
bitər. Çünki, sevgi hər zaman bir nöqtədə
stabilləşən hiss deyildir. Onu hər gün, hər an qazanmaq lazımdır . Mən isə bu
hissə inanmayacaq qədər böyüdüm. Sadəcə özünü aldatman gərəkir ki, bir damcı
üzün gülsün. Sevgi müvəqqəti oyundur. Qadınlar yazır, kişilər oynayır. Yetər
ki, oyunda epiloq qadına məxsus olsun. Çünki, kişi gedərkən ürəkdən. qadın gedərkən
qapıdan gedir. Kişi gözləri ilə, qadın qulaqları ilə sevir. Kişi qadının ilki,
qadın kişinin sonuncusu olmaq istəyir. Buradan aydın olur ki. Qadın ilə kişi
eyni yaranmadıqları kimi, eyni də sevə bilməz. Sevgi yaşantıları ilə böyük bir
günahdırsa, demək əks halda günah etməmək üçün sevgisiz yaşamalıyıq. Sevmədən
yaşamaq isə heç bir canlıya ruh yüksəkliyi vermir. Çünki, hisslərdən yorulmuş
insana bəşəriyyətin toplumunu da sevgidən istehsal etdi. Sevgi yaşamaq və
yaşatmaq səbəbidir. Məhəbbət gözəl hiss, sevgi yaşamağın əsas qidasıdır. Amma
çox təəssüf ki, məhz azərbaycanlı kişilərinin böyük əksəriyyəti sevməyi bacarmırlar. Çünki, bu hissi onlara
öyrədən, mənimsədən məqsədə uyğun mühit və subyektlər yoxdur. Hətta olsa belə,
onlar bu hissin aliliyinə qadir deyillər. Bu sadəcə yeriməyi bilən insana cəmiyyət
içərisində etiket normativlərinə uyğun addımlamağı öyrətmək qədər çətindir.
Odur ki, bu ölkədə yalnız valideyn maaşına baxan, tərtib edilən ev-ailə
qanunlarına sorğu-sualsız uyan, sərbəst fikri olmadığını utanmaq yerinə, fəxrlə
sğyləyən evcil oğlancığazlar mövcuddur. Əllərində bayraq etdikləri mentalitet
kosmetikasıdır ki, ona yalnız səhnə önündə əməl edirlər. Amma qəlblərinə işıq
sala biləcək imkana malik olsaq, onlara sadəcə yazığımız gələr. Çünki, bu aciz
gənclər ömürlərinin sonuna kimi valideyn istismarı, adətlər müqəddiməsinə görə
susmağa və arxa pərdədə xəyallar qurmağa məhkumdurlar. Məhz bu səbəbdən
romantic filimlərə baxmağı, sevdiyinə yetməyi, müstəqil fikir yürütməyi, hətta
sevdikləri varlığa evlilik təklifində bulunmağı şifrələnmiş qadağa kimi batil
etməyə məcburdurlar. Sanki, kobudluq, hissiyatsızlıq, səriştəsizlik, sözünün kəsəri
olmamaq kişilikmiş kimi, mənəvi boşluqlarda yaşasınlar. Tənhalıq yalnız kişi və
qadın münasibətlərinin fəlakəti deyil. Daha dəqiq insane ruhunda kimsəsizləşir,
hisslərində kasıblayır. Bir yağmurlu səhərdə insan itirdiyi mənəvi boşluğu
ruhunun dərinliyində hiss etdikdə, olmuşlara bais adətlər, cəmiyyət və
valideynləri imdadına yetişəcək gücdə olmayacaqdır. Təbiətə və sındırılmış
insane ömrünə yağan yağış fərqlidir. Yağmur …. Payız yağmurun əlverişli məqamı,
insan isə yağmurun poetik mövcudluğunun romantik əsiridir. Yağış yağarkən hətta
ömrünün heç bir səmtinin romantik aləmə yönəltməmiş insan da sentimental hisslərə
könüllü təslim olur. Həsrətlə ətrafa boylanaraq, boşuna ömür xərclədiyini
düşünür. Etiraf etməsə də, sevib, sevilməyə amansız ehtiyac duyur. Barmaqlarını
pəncərə şüşəsinin tərləmiş səmtində gəzdirir. Məhz həmən an təsirinə düşdüyü,
yalnız öz daxili aləminə aid cizgilər çəkir. Cizginin hər sonluğundan
damcılanaraq axan su damlaları aşağı yönəlir. Sanki insanı onun həssaslığını
izləməyə vadar edir. Nostalji duyğular səni səndən alır və sonsuzluğa , amma
şirin düşüncələrə aparır. Düşünürsən nədən bu qədər qısa və ya heç yaşamadım
hisslərimə dost duyğuları? Nədən vüsal həsrətin ehtimalıdır? Nədən arzular
insan varlığından çox cəsarətinə arxayındır? Suallar bir-birini növbəsiz əvəzlədikcə
zaman hesabını itirir. Bu vaxt zamanın deyil, ruhunun hökmünə varırsan. Bundan
həzz alacaq qədər xoşbəxtsən. Hökmünün icrasına gecikdiyin hisslərin səni gəldiyin
yaşına da bağışlamayacaqdır. Hər zamanın və yaşın baharını yaşa ki, yağmuruna
zamansız yaxalanmayasan. Sevgi üçün orta bir vəziyyət yoxdur. O ya xilas edir, ya da məhv
edir.Dünyada oynanılan ən böyük qumar sevgidir. Çünki, bütün varlığını, canını,
ürəyini hər şeyini bu oyunda oynayırsan. Ya qazanırsan, ya da uduzursan.
Çox maraqlı mövzudur. Lakin müəllifə haradasa yazığım gəlir. Çəkdiyi əziyyətə yazığım gəlir. Mövzu azəricə olduğu üçün azəri dillilər üçün nəzərdə tutulub. Azərbaycanlılar isə bu cür məsələləri anlamaq iqtidarında deyil. Hər halda müəllifə afərin. Çox sağolun.
ОтветитьУдалить